Sığorta haqqı düzgün tutulmayanda nə etmək olar?

İQTİSADİYYAT
21:59 / 30.08.2024
292

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti hüquqi suala cavab  axtarır.

Sualımız belədir.

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı geri qaytarılır?”

Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin babayev bildirib ki, belə olan halda narahatlığa əsas yoxdur. Artıq ödənilən pul araşdırma aparıldıqdan sonra 45 gün ərzində geri qaytarılır:

“Vergi Məcəlləsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən vergi ödəyicisinə qaytarılır”,- deyə o bildirib.

Murad

0