Azərbaycan ət məhsulları ilə özünü 85 faiz təmin edə bilirmi?

İQTİSADİYYAT
17:04 / 30.08.2024
329

“Azərbaycanın ət, yağ, ağartı ilə özünü təmin etmə səviyyəsi 50 faizdir.  İnanmıram ki, ölkəmiz 85 faiz ət məhsulu ilə özünü tam təmin edə bilsin”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.

O bildirib ki, ölkə daxilində ətə təlabatın ödənilməsinin tən yarısı idxalın hesabınadır. İdxal məhsullarının heç də hamısı bazarda satılmır. Bazarda əsasən yerli istehsal olan ətlər satılır: 

"Yerli istehsal getdikcə tənəzzülə uğradığı üçün ətin qiyməti bahalaşmaqda davam edir. O da bəllidir ki, bu il kənd təsərrüfatı üçün əlverişsiz il olub”. 

Sevinc

0