Bakı sakinlərin AYNA-dan şikayəti var

İQTİSADİYYAT
17:48 / 02.09.2024
222

“Avtomobilini uzun illərdir eyni yerdə saxlamış adamın işdə oturduğu yerdə telefonuna mesaj göndərirsiniz ki, sən avtobus zolağına girmisən, cərimən var. Əvvəla, xəttini çəkmisən, işarəni də qoy, "BUS"ı da yazdır, bilək ki, qüvvəyə minib, sonra cərimə göndər. Yaxud da bildiriş göndər ki, bax bu gündən bir də orda saxlama, avtobus zolağıdır”.

Bu şikayəti Hit.az-a Bakı sakini, kiçik elmi işçi Kamilə Həsənli səsləndirib.

“Mən anlamıram, bu məzmunda bildiriş sistemini işə salmaq cərimə xəbərini göndərməkdən çətindir? Yoxsa , bütün bu qadağalar ancaq cərimələrin sayını, məbləğini artırmaq üçün nəzərdə tutulub? İkinci məsələ də budur ki, yaxın ətrafda alternativ variant olmadığı halda, parklama yerləri ayrılmadığı təqdirdə işə şəhərin digər başından gələn vətəndaş neyləməlidir? Bəs avtomobili olanlar nə eləsinlər. Maşından  çox onun cərimələrinin dərdini çəkirik. Alternativ yer təklif edin, bundan sonra qaydanı pozanı cərimələyin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, gördüyünüz işi elə görün, vətəndaş narazı qalmasın”,- deyə o bildirib.

Murad

0