Azərbaycanda bu şirkətdən 3,4 milyon manat geri çəkildi

İQTİSADİYYAT
11:48 / 04.09.2024
188

“İnam-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 626 528.27 manatdan 3 198 712.30 manata azaldığını elan edib.

Qeyd edək ki, “İnam-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rasim Aslanovdur. İki il əvvəl “SEN İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verərək “İnam-2019”a qoşulub.

0