"Yapı İnşaat" Mənzil-Tikinti Kooperativi (MTK) ləğv olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə MTK özü elan edib.
Qeyd edək ki, şirkət 22 ildir fəaliyyət göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl "Yapı İnşaat" Mənzil-Tikinti Kooperativi (MTK) ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) arasında narazılıqlar yaranıb. Buna səbəb isə icra hakimiyyətinin öhdəliklərinə əməl etmədiyi idda olunur. Buna görə də BŞİH-lə anlaşa bilməyən MTK məhkəməyə üz tutub. Beləliklə, "Yapı İnşaat" məhkəmədə BŞİH-ə qarşı iddia qaldırıb.