Sınaq müddətinə götürülmüş işçiyə əmək haqqı verilir?

İQTİSADİYYAT
20:40 / 04.09.2024
266

Bir çox müəssiələrdə işçi işə sınaq müddəti ilə götürülür. Amma heç də hamı təcrübəçi işçiyə maaş vermir. 

Bu nə dərəcədə qanunidir? Bəs görəsən sınaq müddətində işləyən işçiyə əmək haqqı verilməlidirmi, verilirsə, hansı qaydalarla verilir?

Hit.az-ın bu sualına cavab verən vəkil Paşa Şamiloğlu bildirib ki, işçi müəssisəyə qədəm basıbsa, onunla müqavilə bağlanmalıdır:

“Sınaq müddətinə götürülən işçi ilə müqavilə bağlanır və müqavilə əsasında ona əmək haqqı verilir. əmək haqqının miqdarı müəssisələrin daxili qaydaları əsasında hesablanır".

Murad
 

0