Sahibkarlığın İnkişafı Fondu bələdiyyə sədrinə 150 min manat güzəştli kredit verdi

İQTİSADİYYAT
23:52 / 06.09.2024
198

Quba rayonunda fəaliyyət göstərən sahibkar Humayə Məmmədova Sahibkarlığın İnkişafı Fondundan (SİF) hotel və restoran layihəsi üzrə 150 min manat güzəştli kredit əldə edib.

Bu barədə İqtisadiyyat.az-a özəl olaraq SİF-dən bildirilib.

Qeyd edək ki, Humayə Məmmədova Quba şəhər bələdiyyəsinin sədridir. O, rayonda həmçinin biznes fəaliyyəti ilə məşğul olur.

Onun “Qədim Quba Özəl Xalçaçılıq” MMC-nin və “Qədim Quba” restoranının sahibi olduğu bildirilir.

0