Elnur Eyvazlı Mərkəzi Bankda yüksək vəzifəyə təyin edildi

İQTİSADİYYAT
11:27 / 13.09.2024
283

Azərbaycan Mərkəzi Bankının İnformasiya və Kiber Təhlükəsizlik departamentinə yeni direktor təyin edilib.

Bu vəzifəyə Elnur Eyvazlı təyinat alıb.

Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, maliyyə bazarları iştirakçılarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə nəzarət tədbirləri ilə əhatə edilməsi, onların kibertəhlükəsizlik sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, informasiya təhlükəsizliyi üzrə davamlılığın təmin edilməsi, həmçinin informasiya təhlükəsizliyi üzrə risklərin vaxtında aşkarlanaraq qarşısının alınmasından ibarətdir.

Elnur Eyvazlı 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabr ayına qədər “Kapital Bank”da kibermüdafiə rəhbəri kimi çalışıb.

O, 2020-2022-ci illərdə Prosol Şirkətinin Kiber Araşdırma şöbəsinin rəhbəri olub.//Banker.az

0