Bu ilin ilk 6 ayında fiziki şəxslər Azərbaycandan xarici ölkələrə 259 milyon 600 min dollar pul göndəriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən pulların miqdarı 1,9%-i və ya 4 milyon 890 min dollar artıb.
Qeyd edək ki, Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Altı ay ərzində xaricə köçürülən pulların 29,5%-i (76,6 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon dollar artıb.
Bu ilin ilk yarısında Azərbaycandan ən çox aşağıdakı ölkələrə pul köçürülüb:
Türkiyə - 76,6 milyon dollar (ümumi pulların 29,5%-i)
Rusiya – 29,4 milyon dollar (11,3%)
ABŞ – 28,2 milyon dollar (10,9%)
Gürcüstan – 25,1 milyon dollar (9,7%)
Böyük Britaniya – 13,6 milyon dollar (5,2%)
Almaniya – 10,1 milyon dollar (3,9%)
Birləşmiş Ərəb Əmirlikləri – 7 milyon dollar (2,7%)
Çin – 6,3 milyon dollar (2,4%)
Kanada – 5,2 milyon dollar (2%)
Qazaxıstan – 5,1 milyon dollar (2%)
Ukrayna – 4,2 milyon dollar (1,6%)
İsveçrə – 3,6 milyon dollar (1,4%)
Fransa – 3,6 milyon dollar ( 1,4%)