Devalvasiya olacaq?

21:39 / 13.09.2024
183

“Neft hasilatımız azalır, valyuta ehtiyatımız da azalacaq. Yerli istehsal da zəifdir. Gələcəkdə inflyasiya indikində daha çox olacaq”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Azərbaycanın daxili iqtisadiyyatı inkişaf etmir. Bu səbəbdən də yaxın illər ərzində də inflyasiya da davam edəcək. Bir neçə il sonra devalvasiya olması ehtimalı var”. 

Xatırladaq ki, "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in ölkə ilə bağlı proqnozunda bildirilib ki, manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir. 

Sevinc
 

0