Neft qiymətləri dəyişməyəcək,manatın məzənnəsi isə... - İqtisadçıdan proqnoz

İQTİSADİYYAT
13:50 / 14.09.2024
180

"Bu il neft qiymətlərində dəyişiklik olmayacaq".

HİT.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı neft qiymətinin büdcədə nəzərdə tutulan 75 dollarlıq həddə qədər yaxınlaşmasını müvəqqəti eniş hesab etdiyini bildirib:

"Səbəb Trampın verdiyi açıqlamalar idi. Tramp seçilərsə, neft qiymətlərinin enməsi üçün adekvat adımlar atacağına dair fikirlər səsləndirməsi birjalarda reaksiya yaşatmış, investorlar tələbi azaltmış və qiymət enişləri baş vermişdi.

Lakin seçkilərdə Kamala Harrisin qələbə çalacağına şübhə etmirəm. Bu isə o deməkdir, rəsmi Vaşinqtonun neft qiymətlərinə qarşı münasibətində dəyişiklik olmayacaq. Bu da öz növbəsində qara qızılın qiymətində Amerika faktorunun yarada biləcəyi risk neytrallaşdırır. Əgər neft düşmürsə, deməli Azərbaycan büdcənin icrası ilə bağlı çətinlikdə yaşanmayacaq. Büdcənin icrası ilə bağlı çətinlik yaşanmayacaqsa, onda bu il manatı hələki təhlükə də gözləmir".


 

0