Yol köhnə, taksi təzə...

23:34 / 16.09.2024
149

Bilirsiz ki, Bakının demək olar ki, bütün əsas küçə və prospektlərində təmir gedir. 

Amma bu təmirin “arxa sokaklar”a dəxli yoxdur. Məhəllə arası küçələr necə vardılarsa, elə də qalıblar. Yəqin onu da bilirsiz ki, bir müddət öncə köhnə maşınların taksi fəaliyyətinə son verildi. Taksiyə çıxan maşın el dilində desək “ qəttəzə” olmalıdır.

Hə, başımıza gələn hadisə də elə bu təmirlə təzə taksilərin bir biri ilə birbşa əlaqəsi nəticəsində  yaşanıb.

Bizim evə getmək üçün təmir gedən prospektdən dönüb, ara küçələrlə iki kilometr irəliləmək lazımdır. Küçə də nə küçə.  Elə bil düşmən gələcək, yollarda səngər qazılıb. 

Evə getmək üçün taksi sifarişi verdim. Yüküm var idi. Düz dörd dəfə taksilər gəlməkdən imtina etdilər. Prospektdə təmir var. Məhəllələrə dönmək mümkün deyil.

Nəhayət biri gəldi. Mən də yükü baqaja yığıb , yerimi rahatladım. Hiss etdim ki, ayaqlarım yorğunluqdan çox pis  ağrıyır. Elə yenicə yerimi rahatlayıb , 5-10 metr getmişdim ki, taksi sürücüsü dedi sizin yollar bərbaddır, maşınım təzə. Mən ora sürə bilmərəm. Qısası, dünən 2 taksidən eyni sözü eşidib, bu yolu piyada yeriməli oldum.

Maşın təzədir deyib, sürməyə qıymayan sürücülərmi haqlıdır, yozsa bu vəziyyətlə qarşılaşan sərnişinlərmi? Cavabı siz verin.

Murad

0