Parklanma qiymətlərindəki fərqə səbəb nədir?

İQTİSADİYYAT
14:26 / 18.09.2024
155

Bakıda avtomobillərin parklanma qiymətləri uzun müddətdir geniş şəkildə müzakirə olunur. 

Son yeniliklərdən sonra avtomobili 1 saat hər hansısa yerdə saxlamaq üçün hətta 1 manat ödəmək lazım olur. Bu isə işə şəxsi avtomobili ilə gedən insanlar üçün ciddi maliyyə problemi yaradır. Lakin parklanma xidmətinin müxtəlif ərazilərdə fərqli qiymətlərə olması da diqqət çəkir. 

Ümumiyyətlə, parklanma xidmətinin qiymətləri nəyə əsasən müəyyən olunur? Sözügedən qiymətlər arasındakı fərqin səbəbi nədir? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, parklanma qiymətlərinin bahalaşmasının əsas səbəblərindən biri şəhərin ərazilərinin kateqoriyalara bölünməsidir:

358275

"Yəni şəhər ərazisi müəyyən kateqoriyalara bölündüyü və parklanma zonalarına ayrıldığı üçün ödənişlər tətbiq olunur. Parklanma xidmətinin qiymət fərqi də buna əsasən dəyişir. Məsələn, şəhərin mərkəzinə yaxın və ya uzaq ərazilər nəzərə alınaraq qiymətlər müəyyən olunur". 

Ekspert həmin qiymətlərdən də söz açıb:

"Təbii ki, şəhərin mərkəzində qiymətlər baha, kənar ərazilərdə isə ucuz olmalıdır. Şəhərin mərkəzində olan parklanmanın saatı 1 manatdır. Amma 3 və ya 4-cü dərəcəli ərazilərdə isə saatı 20, 50 və ya 70 qəpikdir. Yəni parklanma qiymətlərindəki fərqlər özünü belə biruzə verir".

Pərviz

0