Bu büdcəni talamaq deyil?

İQTİSADİYYAT
21:18 / 18.09.2024
152

8 noyabr prospektində 4 aydır ki, yollarda təmir gedir. Bu müddətə Çin Pekindən Bakıya ipək yolu çəkərdi.

Bizimkilər isə tələsmədən, fikirləşə-fikirləşə çəkirlər. O qədər fikirləşirlər ki, bir dəfə yol çəkdikləri yeri qayıdıb , bir də qazırlar.  Sanki naşı həkim xəstənin qarnında qayçı unudub.

Həmin yolun görüntüsundə bir daha görəcəksiz ki,  həmin mənzərədir. 

1 ay öncə yolda gedən təmir tamamlandı, Allah sənə şükür dedik ki, bəlkə yol açılar. Yolu tən ortadan eninə yarmışdılarbki, metro tikiləcək. Stansiyanın ilk qazıntı işləri aparılırdı. Lap əla. Yolun altından yol çəkdilər, sonra asfaltladılar, kənarlarda hasarların da üstünə aqlay vurdular, oldu gül kimi. 

Dünən yenidən eyni yeri traktorlar, ekskavatorlar qazırdılar. Millət də tökülüb yollara, piyada. Hətta təcili yardım maşınlarının keçməsinə belə yol yox idi.

Görəsən bu büdcəni talamaq üçün uzadılan işdir, yoxsa birinci dəfə yarıtmaz olub, indi yarıtmağa çalışdıqları iş?  

İnsanlara əzab verməkdən xoşlanan o qəddar kimdir?

Murad
 

0