Dünyanın ən prestijli avtomobil markalarından olan "Bugatti" sürpriz bir addım atıb.
Hit.az xəbər verir ki, şirkət indiyə qədərki ən ucuz modelini istehsal edib.
Hətta onu tarixin ən ucuz "Bugatti"si adlandırıb. Amma belə bir nüans var ki, sözügedən model avtomobil deyil. Şirkət skuter istehsalına başlayıb. 2022-ci ildə təqdim olunan "10 Max" adlı skuterin kütləvi satışına start verilib.
Onun qiyməti isə 350 dollardır. Hərçənd ki, 2022-ci ildə təqdimatı keçiriləndə bu rəqəm 1599 dollar idi. Yəni çox ciddi bir endirim olunub.
Qeyd edək ki, skuter 36V akkumulyatora sahibdir. Çəkisi 15,8 kiloqramdır, eləcə də 1000 Vt güc istehsal edən 500 Vt mühərriklə təchiz edilib.
Bu sayədə isə sürətini itirmədən 18%-ə qədər yamaclara qalxmağı bacarır. "10 Max" eko, şəhər və idman olmaqla üç idarəetmə rejiminə malikdir. Üstəlik, bir şarjla 60 kilometr məsafə qət edə bilir.
Pərviz