Ağdamda hansı elektrik avadanlıqları istehsal ediləcək? - Direktordan açıqlama

İQTİSADİYYAT
11:52 / 20.09.2024
40

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur.

Bu barədə Trend-in suallarını cavablandırarkən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Vüsal Mirzəyev deyib.

"Sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək.

Müəssimiz 2 bazadan ibarətdir. Birinci baza tam hazırdır. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Burada da işçilərin, əsasən, Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

İstehsal olunan məhsulların70 faizi daxili bazar, 30 faizi xaric bazar üçün nəzərdə tutulub", - deyə o bildirib.

0