“Ölkəmizdə düyü istehsal olunur. Əsasən, cənub zonasında düyü yetişir. Lakin daxili istehsal yetərli səviyyədə deyil”.
Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O bildirib ki, daxili istehsal ölkənin təxminən 20 faizini təmin edir. Yerli düyü istehsalını inkişaf etdirmək üçün stimullaşdırıcı addımlar artmalıdır:
“Elə işlər görülməlidir ki, ölkə təlabatının təxminən 50-60 faizi yerli istehsal hesabına təmin olunmalıdır ki, idxaldan asılılıq azalsın. Fermerlər daha çox stimullaşdırılmalıdır ki, ölkə daxilində düyü istehsalı artsın. Buna şərait yaradılmalıdır”.
Sevinc