Banklarda dollar bitə bilər?

İQTİSADİYYAT
22:00 / 23.09.2024
188

“Bütün bankların valyuta ehtiyatı eyni səviyyədə olmur. Ola bilsin ki, hansısa bankın xarici valyuta ehtiyatı o qədər də çox olmur.  Bu səbəbdən də müştəriyə “dollar qalmadı” cavabı verilir”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki,  bu hal bütün ölkəyə şamil edilməməlidir:

“Nəzərə almaq lazımdır ki, dollar bitən banka xarici valyutanın gətirilməsi dərhal baş vermir. Bəllidir ki, dollar gətirilərkən təhlükəsizlik tədbirlərinə əməl edilir. Bu da vaxt aparır”.

Sevinc
 

0