Hit.az-a oxucu sualı daxil olub.
Əli Fətəliyev bildirib ki, işlədiyi yerdə rəhbərlik ona öz ərizəsi ilə işdən getməyi təklif edir:
“Bu əslində təklif də deyil, mənə bunun üçün təzyiq göstərirlər. Bu hal qanunla məsuliyyət yaradır?”.
Vəkil Xədicə Balayeva mövzu ilə bağlı sualı cavablandırarkən bildirib ki, həmin şəxs dərhal Əmək Müfəttişliyinə müraciət edə bilər:
“Belə bir hal yaşanıbsa, işə götürən İnzibati Xətalar məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 manatdan 2000 manata qədər cərimələnə bilər”- deyə o qeyd edib.
Murad