Aydın Hüseynov: “Minimum əməkhaqqının artırılması ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artmasına təsir göstərəcək”

İQTİSADİYYAT
18:20 / 24.09.2024
296

“2025-ci ilin büdcəsi də sosial xərclər baxımından əhəmiyyətli maliyyə sənədidir. Gələn il büdcədə sosialyönlümlü xərclərin çəkisi 40 faizə yaxın olacaq. Eləcə də büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4,3 milyard manatdan 5 milyard manat nəzərdə tutulub ki, bu da 2024-cü ilin mövcud xərcləri ilə müqayisədə 14 faiz və ya 607 milyon manat çoxdur”. 

Bu sözləru Hit.az-a millət vəkili Aydın Hüseynov deyib. 

O bildirib ki, yeni ildən minimum əməkhaqqı artımlarına start verilməsi istisna olunmur və minimum əməkhaqqının artırılması ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artmasına təsir göstərəcək: 

“İlin sonunda orta aylıq əməkhaqqının 10 faiz artacağı proqnozlaşdırılır ki, nəticədə pensiyaların artımı eyni rəqəm üzrə təmin ediləcək”.

Sevinc

0