Otellərdə qiymətlər niyə bahalaşıb? - Ekspert səbəblərdən danışdı

İQTİSADİYYAT
14:14 / 25.09.2024
347

Ölkəmizdəki otellərdə qiymətlərin yüksəldiyi müşahidə olunur.

Belə ki, əvvəlki qiymətlərlə yeni qiymətlər arasında kifayət qədər böyük fərq var. İstər otaq qiymətlərində, istərsə də menyularda bahalaşma dərhal nəzərə çarpır. 

Bəs otellərdə qiymət artımına səbəb nədir? 

Mövzu ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlama verib. O da bildirib ki, son illərdə paytaxtda və regionlarda fəaliyyət göstərən otellərdə qiymət artımı müşahidə olunur:

"Əslində, otellər qiymətləri stabil saxlamaq üçün əllərindən gələni edirlər. Lakin bu gün bazarda olan bahaçılıq bu sahədə də qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin, Azərbaycana gələn turist sayının artması da otel qiymətlərinin artmasına gətirib çıxarır". 

358803

Ekspert qeyd edib ki, mövcud bahalaşma otel sahəsinə də öz təsirini göstərir:

"Məsələn, otellər əvvəllər səhər yeməyində bir neçə çeşid yemək verirdi, indi isə bu say daha da artıb. Lakin qida məhsullarının qiymətinin baha olması da otel menyularına təsirsiz ötüşmür.

Bundan başqa, turist axını ilə əlaqədar olaraq otellər personal sayını da artırır. Bu da  əlavə maaş yükü olduğu üçün qiymət artımını qaçılmaz edir. Buna baxmayaraq, otellər arasındakı rəqabətin qiymət yox, keyfiyyət üzərindən aparılmasının daha yaxşı olacağı qənaətindəyəm". 

Pərviz

0