Bu universitet üçün yeni binanın tikintisinə vəsait ayrıldı

İQTİSADİYYAT
14:00 / 26.09.2024
74

Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, ali təhsil müəssisəsinin H.Aslanov 50 ünvanında yerləşən yeni 2 mərtəbəli İnzibati binasının tikintisini “Construction Business Group” şirkəti həyata keçirəcək.

Universitet tikinti işlərinin satın alınması ilə əlaqədar sözügedən şirkətlə dəyəri 864 134,95 manat olan müqavilə bağlayıb.

Əgər tikinti işlərinin davamı üçün zərurət yaranarsa, bununla bağlı əlavə vəsaitin ayrılacağı istisna edilmir.

Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır. 

0