Zəngilanın su təchizatı və kanalizasiya sistemi bərpa edilir - 20 milyonluq layihə

İQTİSADİYYAT
23:31 / 26.09.2024
37

Zəngilan rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, rayonda infrastruktur layihələrinin icrası və tikinti işləri aparılır.

Belə ki, Zəngilan şəhərinin və Zəngilan rayonunun Cahangirbəyli kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması işlərinə başlanılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu işləri "Euroline" QSC-yə həvalə edib.

Qurum şirkətlə dəyəri 20 177 410 manat olan müqavilə bağlayıb.

0