Kamola Mahmudova 48 yaşında vəfat etdi

İQTİSADİYYAT
09:54 / 27.09.2024
68

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin keçmiş rəhbəri, özbək əsilli Kamola Mahmudova vəfat edib.

"Report" xəbər verir ki, o, uzun sürən xərçəng xəstəliyindən sonra 48 yaşında Böyük Britaniyanın paytaxtı Londonda dünyasını dəyişib.

Xatırladaq ki, K.Mahmudova 1976-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. O, bir sıra təhsil, sosial və xeyriyyə layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olub, 2021-ci ilin oktyabrında EBRD-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib və 2023-cü ilin iyul ayına qədər bu vəzifəni icra edib.

K.Mahmudovanın dəfn mərasimi bu gün elə Londonda keçiriləcək.

0