Azərbaycanın iqtisadi modeli

İQTİSADİYYAT
21:28 / 27.09.2024
201

“Azərbaycanda yeni sosial iqtisadi idarəetmə modelinin tətbiqi işğaldan azad edilmiş bölgələrdən başlayaraq,  bütün bölgəyə yayılmalıdır.

Bununla bağlıə artıq müvafiq işlər görülür. Onu da deyim ki, innovativ yanaşmalar tətbiq edilməsə, Azərbaycanda  milli iqtisadi prioritetə söykənən  idarəetmə modeli həyata keçirilir. Bu da ölkəmizdə rəqabət mühitinin formalaşmasına şərait yaradırdı”. 

Bu sözləri Hit.az-a iqtisadçı alim Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycan artıq özünü təsdiq edib:

“Elə də çox ölkə yoxdur ki, Azərbaycan kimi müstəqil siyasi, iqtisadi, hərbi yanaşmalar tətbiq etsin. Ölkəmiz artıq öz sözünü deyir. Onu da deyim ki, son illər sosial amilin ön plana keçməsi, şəffaflığın təmin edilməsi qarşıya qoyulan əsas meyarlardır”.

Ekspert hesab edir ki, rəqəmsallaşmanın müsbət tərəflərini tətbiqi, yeni texnoloji quruluşa uyğun olaraq, insan kapitalına sərmayələrin artması ilə Azərbaycanın sosial iqtisadi modeli təkmilləşdirilməlidir.  

Sevinc

0