Azərbaycan neftinin qiyməti 74 dollara düşdü

İQTİSADİYYAT
10:33 / 28.09.2024
199

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 1,43% azalaraq 74,35 dollarına bərabər olub.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,98 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


 

0