Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyir?

İQTİSADİYYAT
22:16 / 28.09.2024
34

Yanvar-avqust aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədilə çəkdikləri xərclər 2 milyard 297 milyon 934,4 min manat olub.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu dövrdə turistlərin ən böyük pulu nəqliyyat xərclərinə sərf edib.

Bundan başqa, yerləşməyə 469 milyon 252 min manat, qidalanmaya 432 milyon 501,9 min manat, mədəniyyət sahəsinə 9 milyon 692 min manat, turizm zərfinin alınmasına 1 milyon 1 000 manat xərclənib.

0