Bakıda son illər tikilmiş göydələnlərin əksəriyyəti MTK sənədi ilə fəaliyyətə başlayır.
Belə binalarda yaşayan sakinlərdən hər ay böyük məbləğdə lift pulu, zibil pulu, qaraj pulu, torpaq pulu və.s adlarla müxtəlif kommunal ödənişlər tələb olunur.
Bəs bu qanunidir?
Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, MTK-ların tələb etdiyi kommunal ödənişlər əslində onların göstərdiyi xidmət haqqıdır:
“MTK-ların əksəriyyətinin sakinlərə xidmət müqaviləsi yoxdur. Həmin müqavilədə göstərilən xidmət və onun dəyəri dəqiqliklə siyahı şəklində əks etdirilməlidir.Əgər belə bir müqavilə yoxdursa, MTK sizdən xidmət haqqı, kommunal ödəniş adı altında heç bir vəsait tələb edə bilməz”,- deyə o qeyd edib.
Murad