Eviniz bankda girovdadırsa, nə edə bilərsiniz?

İQTİSADİYYAT
20:37 / 01.10.2024
214

Hit.az “Hüququmuzu bilək” rubrikasında daha bir suala cavab verir.

Evinizi banka girov qoyub  kredit götürmüsünüz və krediti ödəyə bilmədiyinizə görə bank sizi məhkəməyə verib. Bu halda nə edə bilərsiniz?

Hit.az-a mövzu ilə bağlı danışan hüquqşünas Elvin Babayev bildirib ki, bu proses məhkəmədə 1-2 il qədər vaxt aparır:

“Həmin müddətdə bankın sizin evinizlə bağlı sərəncam verməsi mümkün deyil. Çünki ev hələ sizin mülkiyyətiniz hesab olunur. Adətən bank əməkdaşları borc sahibinə zəng edərək psixoloji təzyiq göstərirlər. Yaxşı vəkil tutsanız, o banka olan borclarınızı daha yüngül faizlə, daha az aylıq ödənişlərə bölməyə kömək edəcək".

Murad

0