"Minimum əmək haqqı və pensiyanın artması insanların rifah halının yüksəlməsinə səbəb olacaq"

İQTİSADİYYAT
20:54 / 04.10.2024
216

“Minimum əmək haqqı və pensiyanın artırılması dövlət sektorunda çalışanların vahid tarif cədvəlinə uyğun olaraq, əmək haqqları artacaq”. 

Bu sözləri Hit.az şərhində iqtisadçı Pərviz Heydərov deyib. 

Özəl sektorda isə ən aşağı 345 manat maaş alanların da əmək haqqısı artacaq:

“Məlumdur ki, minimum pensiya məbləği 280 manatdır. Minimum pensiya alanların da sosial vəziyyəti dəyişəcək. Bütün bu proseslər 2019-cu ildən üzü bəri həyata keçirilən proseslərin davamıdır. Digər sosial ödənişlərin dı artımı gözlənilir. Minimum əmək haqqı və pensiyanın artması insanların rifah halının yüksəlməsinə səbəb olacaq”.

Sevinc

0