Azərbaycanda 16 sanatoriya ləğv olunaraq "Kurort" QSC-yə birləşdi - SİYAHI

İQTİSADİYYAT
10:58 / 07.10.2024
196

Azərbaycanda bir sıra sanatoriyalar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

“Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, “Bilgəh” Kardioloji Sanatoriyası, “Qaranquş” İxtisaslaşdırılmış Uroloji Sanatoriyası, Azərbaycan Respublikasının “Kurort” Səhmdarlar Cəmiyyəti Günəşli İxtisaslaşdırılmış Nevroloji Sanatoriyası, “Kurort” Səhmdar Cəmiyyətinin "Şıx" Sanatoriyası, “Naftalan” Sanatoriya-Kurort Birliyi, Azərbaycan Respublikası “Kurort” Səhmdar Cəmiyyəti “Pirşağı” Sanatoriya-Kurort Birliyi, “Xəzər” Sanatoriyası, “Şəki İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Hacıkənd” İstirahət Evi, Kurort Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat” Müəssisəsi, “Kurort” Səhmdar Cəmiyyəti “Azərbkurorttikintitəmir" Birliyi, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu “Azərkurortlayihə”, “Kurort” Səhmdar Cəmiyyətinin “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub.

Buna görə də “Kurort” Qapalı Səhmdar Cəmiyyəti  yenidən təşkil olunduğunu elan edir. Adları qeyd olunan sanatoriyalar “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulduğu üçün ləğv olunur.

Xatırladaq ki, “Kurort” Qapalı Səhmdar Cəmiyyətininin prezidenti AHİK-in sədr müavini Əbil Riza Qulu oğlu Ağasiyevdir.


 

0