Azad olunmuş bu rayonda aqrar şəhərciyin yaradılmasına başlanılır

İQTİSADİYYAT
13:29 / 07.10.2024
179

Ağdam rayonunun Qızıl Kəngərli kənd yaşayış məntəqəsi aqrar şəhərcik formatında layihəsi hazırlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıqlara başlayıb.

Belə ki, "Belgosproekt lnstitutu" ASC Dövlət Komitəsinin sifarişi ilə yaşayış məntəqəsinin aqrar şəhərcik formatında layihələndirilməsinin şəhərsalma əsaslandırılmasını hazırlayacaq.

Dövlət Komitəsi ilə ASC arasında razılaşma ilə bağlı 1 milyon manat dəyərində müqavilə bağlanılıb.

Xatırladaq ki, Qızıl Kəngərli kəndində aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılır.

1