“Azərbaycanda səhm, istiqraz bazarı inkişaf etməyib. Ölkədə real qiymətli kağız bazarı zəif səviyyədədir”.
Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, bu sahənin geriləməsinin səbəbi şəffaflığın olmaması ilə bağlıdır:
“Hansısa şirkət istiqraz buraxır faiz verəcəyini, sonda da pul, gəlir əldə ediləcəyinə dair vəd verir. Sonda isə müflis xəbəri yayılır. Bu səbəbdən də insanlar qiymətli kağız, istiqrazdan almaqdan yan keçir. Bunlara pul yatırmaq əvəzinə banka əmanət qoymaq daha sərfəlidir”.
Sevinc