Azərbaycanda 26 illik şirkət ləğv olunur

İQTİSADİYYAT
09:47 / 10.10.2024
208

“Avrora - çay” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın noyabrın 7-də saat 11:00-da cəmiyyətin yerləşdiyi binada keçirilməsi qərara alınıb.

Gündəlikdə müzakirə olunan məsələlər:

1. 2023-cü ilin təsərrüfat fəaliyyətinin hesabatı.

2. Cəmiyyətin ləğv olunması.

3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.

4. Digər məsələlər.

Qeyd edək ki, “Avrora - çay” 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 min 70 manat, qanuni təmsilçisi isə Gülqayit Haciəli Qızı Quliyevadır. Cəmiyyətin səhmlərinin ümumi sayı 68 535 ədəddir.

Şirkət bundan əvvəl də ləğv olunacağı ilə bağlı elanlar yayıb.
 

0