"Müəssisəmiz yüksək peşəkarlıqla işlərin öhdəsindən gəlir" - "FİNANCE and ACCOUNTİNG"in təsisçisi Fidanə Əliyeva

İQTİSADİYYAT
10:51 / 10.10.2024
81
"Müəssisəmiz gördüyü işlərlə tikinti, istehsal, ticarət, tibb, ictimai iaşə və s. sektorlarda yüksək peşəkarlıqla işlərin öhdəsindən gəlir. Buna sübut olaraq, müştərilərimizin məmnuniyyətini misal çəkə bilərəm. Onu da qeyd etmək istəyirəm ki, biz, yerli sahibkarlarla yanaşı xarici sahibkarlarla da Çin , Türkiyə, İran və s əməkdaşlıq edirik". 
 
Bunu  müsahibəsində "FİNANCE and ACCOUNTİNG” MMC-nin təsisçisi Fidanə Əliyeva deyib.
 
- Mənə özünüz haqqında danışın. Fidanə xanım kimdir? 
 
- Evinin xanımı, övladının anası, sözünün-işinin ağası və uğurlu iş xanımı. 2009-cu ildən müxtəlif zaman kəsiylərində dövlət, qeyri-dövlət və özəl sektorlarda Baş mühasib və maliyyə direktoru vəzifələrində çalışmışam. 2017-ci ildən Konsalting şirkətində və təmir-tikinti layihə müəssisəsində Direktor vəzifəsində fəaliyyətimi davam etdirmişəm. 2022-ci ildə "FİNANCE and ACCOUNTİNG” MMC-ni təsis etmişəm. 
 
- "Finance and Accounting" şirkəti haqda məlumat verərdiniz. Nə kimi xidmətləriniz var? 
 
- Mühasibatlıq, Audit, Vergi, Hr, Hüquq xidmətləri göstərən peşəkar bir komandayıq. 
 
- Hazırladığınız və ya təkmilləşdirdiyiniz mühasibat prosesini təsvir edə bilərsinizmi? 
 
- Müəssisəmiz gördüyü işlərlə tikinti, istehsal, ticarət, tibb, ictimai iaşə və s. sektorlarda yüksək peşəkarlıqla işlərin öhdəsindən gəlir. Buna sübut olaraq müştərilərimizin məmnuniyyətini misal çəkə bilərəm. Onu da qeyd etmək istəyirəm ki, biz, yerli sahibkarlarla yanaşı xarici sahibkarlarla da Çin , Türkiyə, İran və s əməkdaşlıq edirik. 
 
- Sizə müraciət edən müştərilərin işləri arasında ən çox hansı problemlərlə üzləşmisiniz? 
 
- Hesabatların vaxtında təqdim edilməməsi, düzgün tərtib edilməmisi, kameral uyğunsuzluq, məktublarının düzgün və vaxtında cavablandırılmaması, ikiqat vergi hesablamarı, şəxsi hesab vərəqəsində olan tətiqlənməmiş azalmalar və s. 
 
- Vergi hesabatlarının hansı növləri var? 
 
- Sadələşmiş vergi, ƏDV vergisi, mənfəət, gəlir, vergi, əmlak vergisi, torpaq vergisi, mədən vergisi, ÖMV, DSMF hesabatları və s. 
 
- Gündəlik tapşırıqlarınızı necə təşkil edir və prioritetləşdirirsiniz? 
 
- Hər gün səhər ilk növbədə bütün müəssisələr elektron sistemi yoxlanılır, bu proses gün ərzində bir neçə dəfə təkrarlanır. Mövcud problemlər, kameral uyğunsuzluq məktubları müzakirə olunur, lazımı tapşırıqlar verilir və kollektiv tərəfindən zəruri işlər görülür.
 
- Üç vergi hesabatını izah edin.
 
1. Sadələşdirilmiş vergi hesabatı 
I. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. 
 
II. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər
 
III. İdman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər və.s
 
Sadələşdirilmiş vergi hesabatı rüb bitdikdən sonra növbəti ayın 20-dən gec olmayaraq bəyan edilməlidir 
 
2. ƏDV- hesabatı 
 
Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında), habelə bir əqd və ya müqavilə üzrə əməliyyatının ümumi dəyəri 200.000 manatdan çox olan; 
Bina tikintisi fəaliyyəti ilə məşğul olan; 
Birgə sahibkarlıq fəaliyyətinin iştirakçısının bir tərəfi ƏDV ödəyicisi olduqda, həmin fəaliyyətin uçotunu aparan; 
Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçısı olan şəxslər məcburi qaydada 
ƏDV qeydiyyatına alınmalıdır. 
Könüllü olaraq da ƏDV qeydiyyatına alınmaq olar. 
Malların (işlərin, xidmətlərin) təqdim olumasına tətbiq olunan vergi dərəcəsi 18 faiz təşkil edir. 
Bundan başqa, ƏDV-nin Vergi Məcəlləsinin 165-ci maddəsində təsbit olunan güzəştli 0 (sıfır) faiz dərəcəsi ilə tətbiq olunması və Vergi Məcəlləsinin 164-cü maddəsində təsbit olunan ƏDV-dən azad olunması halları da mövcuddur.
 
ƏDV- hesabatı növbəti ayın 20-sindən gec olmayaraq bəyan edilməlidir. 
 
3. Mənfəət və Gəlir vergisi hesabatı. Bütün gəlirlər, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəliklər vasitəsilə əldə edilən gəlirlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdən 20 faiz dərəcə ilə vergi hesablanmalı; 
 
Rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq vergi orqanına "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim edilməli və həmin müddətədək vergi ödənilməli;
 
Hesablanmış vergi məbləği cari vergi ödəmələri nəzərə alınmaqla hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq ilə bəyan edilməlidir. Hüquqi şəxs Mənfəət vergisi ödəyiciləri, Fiziki şəxslər isə Gəlir vergisi Ödəyiciləri hesab edilir. 
 
- Kreditor borcları ilə debitor borcları arasında fərq nədir? 
 
- Debitor borclar - təsərrüfat əməliyyatları nəticəsində müəssisəyə hüquqi və fiziki şəxslər tərəfindən ödənilməli olan borc məbləğidir. 
Kreditor borcları - Öhtəlikdir. Ödənilmə müddətinə görə iki yerə ayrılır.
 
Qısamüddətli borc - 1 il ərzində ödənilən. Uzunmüddətli borc – 1 ildən artıq müddətdə icra olunan borc. 
 
- Mühasibatlıqda səhvləri azaltmağın yolları hansılardır? 
 
- Məsulyyətlilik, peşəkarlıq, yenilikləri, dəyişiklikləri izləmək və təkmilləşməkdir. 
 
- Şirkətin qısamüddətli öhdəliklərini yerinə yetirə biləcəyini necə müəyyən edərdiniz? 
 
- Müəssisənin aktiv müqavilələrini, debitor-kreditor borclarını analiz etməklə uçot təxminlərini 
müəyyən etmək olar. 
 
- Mühasibatlıqla bağlı partnyorluq edən şirkətlərə nə kimi tövsiyələr edə bilərsiniz, əsasən nələrə diqqət yetirməlidirlər? 
 
Qanunvericiliyə uyğun əməliyyatların vaxtında icra edilməsini, şəffaf fiskal mühitin qorunması, 
Riskli vergi ödəyicisi siyahısına olan meyyarlardan qəti şəkildə çəkinmək. 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” aşağıda qeyd edilənlərdən ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 
 
* riskli əməliyyatlar aparan şəxs olduqda; 
* aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 
* idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına 
təqdim edildiyi hallar istisna olmaqla); 
* vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; 
* vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) 
müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 
* yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 
* yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 
* beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 
 
- HR və ya kadırlar bu haqda nə deyə bilərsiz? 
 
- İşə qəbul zamanı aparılan əməliyyatlar nəzərdə tutulur. Məs: ərizələrin alınması, müqavilələrin tərtib edilmısi, sənəd dövriyyəısinin düzgünlüyü, Əmək Məcəlləsində olan yeniliklərin tətbiqi, ƏMAS Alt 
sistemində tələb olunan bütün yeniliklərin tətbiqi. 
 
- Bəs SİMA sistemi nədir? 
 
- İşəgötürənlə işçi arasında şəffaflığın təminatçısı və sənəd dövriyyəısinin tam elektronlaşması. Ərizə, əmr, akt, bildiriş, izahat və sair sənədlərin kağızdaşıyıcı ilə yanaşı elektron sistemə yerləşdirilməsi. Artıq işəgötürənlə yanaşı işçidə SİMA portalı vasitəsi ilə haqqında olan bütün məlumatları görmək imkanı vardır. 
 
- Müsahibə üçün təşəkkür edirəm
 
- Buyurun, mən təşəkkür edirəm.
0