Bakıda bu il istilik mövsümünün noyabr ayının 15-də başlanması nəzərdə tutulub.
Bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.
Həmin rayonlar aşağıdakılardır:
1.Daşkəsən
2.Gədəbəy
3.Xaçmaz
4.Kəlbəcər
5.Qəbələ
6.Quba
7.Qusar
8.Laçın
9.Lerik
10.Şamaxı
11.Siyəzən
12.Şabran
13.Şuşa
14.Yardımlı
E. Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız mövcuddur".