“Bank Respublika”dan 101 milyon manatdan çox depozit geri çəkildi

İQTİSADİYYAT
14:48 / 14.10.2024
145

Bu ilin III rübündə “Bank Respublika”dan 101 milyon manatdan çox depozit geri çəkilib. 

İqtisadiyyat.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ümumi depozit portfeli cari ilin 9 ayında 7% və ya 101,3 milyon manat manat azalaraq 1 milyard 342,5 milyon manata enib.

Ən böyük azalma hüquqi şəxslərin deposit portfelində müşahidə edilib. Belə ki, şirkətdən bu il bankdan 90,6 milyon manat əmanəti geri çəkib. Nəticədə sözügedən portfel 783,2 milyon manatdan 692,6 milyon manata enib.

Bu ilin ilk doqquz ayında əhali isə 10,7 milyon manat depozitini geri çəkib. Ümumilikdə fiziki şəxslərin depozit portfeli 660,6 milyon manatdan 649,9 milyon manata enib. 

Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ilin əvvəli ilə müqayisədə 23.9% və ya 100.3 milyon manat artaraq 520.7 milyon manata yüksəlib.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 74 milyon manatdır.

0