“Sədərək” ticarət mərkəzinin girişində və çıxışında şlaqbaumlar quraşdırılıb.
Ticarət mərkəzinin girişinə quraşdırılan şlauqbaum vasitəsilə nəqliyyat vasitələrinin əraziyə daxil olması üçün hər kəsdən 50 qəpik pul tələb olunur.
Bunun qarşılığında sürücülərə hər hansı bir qəbz verilmir.
Hüquqşunas Əkrəm Həsənov Hit.az-a deyib ki, ticarət mərkəzi özəl ərazidirsə, daxil olan avtomobillər icarə haqqı verməlidirlər. Belə halda tərəflər arasında şifahi icarə müqaviləsi bağlanmış olur:
“Avtomobil sürücülərindən alınan 50 qəpik icarə haqqıdır. Vergi Məcəlləsinə görə, icarə haqqına 14% dərəcəsi ilə vergi nəzərdə tutulur. Sahibkar bu vergini ödəməli, müqabilində avtomobil sahiblərinə qəbz verməlidir. Qəbz verilmirsə, məlum məsələdir ki, heç bir halda uçot da aparılmır”.
Sevinc