Taksilərdə gediş haqqı 1 manat bahalaşıb

İQTİSADİYYAT
18:32 / 18.10.2024
37

Bu ilin sentyabr ayında Azərbaycanda taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 6 manat 60 qəpik olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar ayı ilə müqayisədə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 17% və ya 96 qəpik artıb.

Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövründə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 5 manat 55 qəpik olub.
 

0