Sumqayıt-Bakı yolundakı tıxacın həlli üçün hansı addımlar atılır?

İQTİSADİYYAT
15:56 / 19.10.2024
183

Bütün 525 nömrəli avtobus tipli köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov Trend-in sualına cavab olaraq deyib.

O bildirib ki, hazırda bütün diqqət Sumqayıt-Bakı yolunun üzərində işləyən avtobuslara yönəlib.

"Çünki biz fikirləşirik ki, Sumqayıt-Bakı istiqamətində 20 Yanvar tıxacının həlli ictimai nəqliyyatın inkişafından keçir.

Ona görə də bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır".

0