İctimai nəqliyyatda əlçatanlıq necə təmin olunmalıdır?

İQTİSADİYYAT
18:08 / 21.10.2024
165

“İctimai nəqliyyata əlçatanlığın 100 faiz olması üçün bu sahədə müəyyən işlər görülməlidir. Metrostansiyaların sayı artırılmalıdır. Metrodan yaxşı ictimai nəqliyyat növü yoxdur”. 

Bu sözləri Hit.az-a nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, bununla yanaşı marşrutların da sayı artmalıdır, keyfiyyətli xidmət göstərilməlidir: 

“Elə bir sistem olmalıdır ki, sərnişinlər uzun müddət marşrut gözləməsin. Marşrut şəbəkələrinin sayı artmalıdır. Bakının bütün ərazilərində marşrut problemi olmamalıdır. Belə olarsa ictimai nəqliyyatda əlçatanlıq 100 faiz olar”.

Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov ictimai dinləmədə deyib ki, Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80% dir.

Sevinc
 

0