“Müştərilər əmanətlərini bir bankdan götürüb, digər banka yatırırlar. Bu da əmanətlərə tətbiq edilən faizlə bağlıdır. Ola bilsin ki, digər banklar daha sərfəli şərtlərlə əmanət qəbul etdiyi üçün həmin bankların əmanətçiləri depoziti ora qoymağa üstünlük verir”.
Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, Azərbaycanda əmanətlər sığortalanır. Bir nəfərin 100 minə qədər olan əmanəti bankda sığortalanır:
“Vətəndaşlar etimad etsələr də, etməsələr də, bu sığortalanma mövcuddur. Zamanla əmanətçilər depozitləri bankdan geri çəkir. Bu hal il ərzində bir neçə dəfə müşahidə olunur”.
Sevinc