Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur. Bu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanun layihəsi barədə fikir bildirən ekspert Akif Nəsirli Hit.az-a deyib ki, yeni qanun layihəsi kiçik istehsalçıların sıradan çıxması əsas olaraq hədəf götürülüb:
“Yeni qanun spirtli içki bazarında qiymət bahalaşmasına səbəb olacaq. Bazara kiçik sahibkarların daxil olmasının qarşısı alınacaq. Beləliklə, bazarda kiçik sahibkarlar ləğv olunacaq, bu isə düzgün deyil”.
Sevinc