Yağışdan sonra bu maşınların qiyməti bahalaşdı

İQTİSADİYYAT
09:23 / 23.10.2024
173

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib, eyni zamanda onların sağlığına ziyan verib.

Hazırda avtomobil elanları saytlarında "offroader" tipli modellərdən qiymət artımı müşahidə olunur. Bu gün günortadan yerləşdirilən elanlarda qiymət artımı müşahidə olunur. 2008-2013-ci il buraxılışlı "offroader" tipli modellərdə qiymətlər 2-3 min manat qalxıb. Təbii ki, bu da yağan yağışlara görədir ki, hündür avtomabillər böyük ölçüdə suda batmır.

Məsələ ilə bağlı avtomabil satışı məşğul olan Fərman Məmmədov News24.az-a qiymət artımı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə qiymət artımı müvəqqətidir, 15-16 ilin maşını modelindən asılı olaraq şisirdilmiş qiyməti 26-27 min manat niyə olsun?!

"Bu gün bazarda son model Çin istehsalı olan "offroader"lər var ki, qiymətləri çox münasibdir, insanlar 15-16 ilin maşınını 26-27 min manata almaqdansa bir az üst qiymətə təzə maşın almaqları daha məqsədəuyğundur. Ona görə düşünürəm ki, qiymət artımı müvəqqəti və mənasızdır. Hər gün yağış yağsa qiymət qalxacaq? Onsuz indi müştərilər köhnə yox, yeni modellərə üstünlük verirlar".

0