4 milyon manatlıq şirkət bağlandı

İQTİSADİYYAT
10:54 / 23.10.2024
121

“APF AZA Beton Məmulatları” şirkəti ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan yayıb.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin Naxçıvanda yerləşən hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Naxçıvanda fəaliyyət göstərən “APF AZA Beton Məmulatları” 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 000 000 manat olan şirkətin qanuni təmsilçisi Əsədov İsgəndər Alverdi oğludur. O, həm də 2008-ci ildən fəaliyyət göstərən “APF  Beton Məmulatları Kompleksi” MMC-nin qanuni təmsilçisidir.

0