“Bələdiyyələrin qrant alması layihəsi alqışlanmalıdır. Bu qərar sayəsində maliyyəsi az olan bələdiyyələrin büdcə gəliri artacaq”.
Bu sözləri Hit.az-a bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli deyib.
O bildirib ki, qanun qəbul edilməklə yanaşı, qanundan irəli gələn müddəalar da öz həllini tapmalıdır:
“Bələdiyyələrin qrant layihəsi şəffaf şəkildə keçiriləcəkmi? İstənilən halda bələdiyyələrə qrant ayrılmasının qanun şəklində müzakirəsi və bunun yaxın zamanlarda qəbulu təqdir olunmalıdır . İstənilən halda bu qərar bələdiyyələrin inkişafına səbəb olacaq”.
Xatırladaq ki, Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” Qanuna təklif edilən dəyişiklikdə bələdiyyələrin qrant alması məsələsi öz əksini tapıb. Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi üçün hazırlanıb.
Sevinc