Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Kartla ödəniş qəbul edilməsə, həmin şəxsi cərimə etmək mümkündür?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki,
“Vergi məcəlləsinin 58.7-ci maddəsinə görə, bunun cəriməsi var. Belə ki, postterminalların olmaması və postterminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərdən imtina edilməsinə görə vergi ödəyicisinə, yəni obyekt sahibinə il ərzində bu cür halın 1-ci dəfə baş verməsinə görə 1000, 2-ci dəfə baş verməsinə görə 3000, 3-cü dəfəyə görə isə 6000 manat cərimə nəzərdə tutulur”.
Murad