Bakıda kirayə qiymətləri artacaq - SƏBƏB

İQTİSADİYYAT
12:14 / 24.10.2024
150

COP29-la əlaqədar ölkəmizə minlərlə turistin axını gözlənilir. Gələn turistlərin yalnız hotellərdə deyil, kirayə evlərdə də qalacağı gözlənilir. Artıq bu barədə çoxsaylı reklamlara rast gəlmək mümkündür. Bunun Bakıda kirayə qiymətlərinə də təsirsiz ötüşməyəcəyi məlumdur.

Modern.az mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ilə həmsöhbət olub.

Onun sözlərinə görə, hotellerimiz yüz minə yaxın turisti tam yerləşdirmək gücü yoxdur.

"O səbəbdən yəqin ki, gündəlik kirayə mənzillərin təklifi çox olacaq. Hətta indidən biz bunu görə bilirik. Bəzi qurumlar öz qonaqlarını yerləşdirmək üçün həmin dövrdə sutkalıq evləri bronlaşdırıblar. Bu səbəbdən qiymətlərdə artım görünür. Hətta bəzən iki dəfəyə qədər artan qiymətlərin şahidi oluruq. Əvvəllər günlük 80 manata verilən evləri artıq 150-200 manata təklif olunduğu belə görünür. Bu qiymətlər şəhərin mərkəzində olan evlərə aiddir. Şəhərin kənarında isə hələki 50 manata sutkalıq evlər mövcuddur”.

Ekspert bildirib ki, əgər turistlərin sayı çox olarsa, hətta aylıq kirayə evlər də müvəqqəti olaraq sutkalıq şəkildə verilsin:

"Kirayə qiymətlərində COP29 zamanı artım olacağı müşahidə olunur. Bu noyabrın ilk iki həftəsi üçün müşahidə olunacaq. Ondan sonra isə nisbətən qiymətlər azalacaq. Noyabrın 9,10,11 və 12-də xüsusilə sutkalıq evlərin qiymətlərində artımın olması gözləniləndir”.

0