“Sahibkarlıqla məşğul olanlar palma yağı ucuz başa gəldiyi üçün onu ölkəyə gətirir və digər yağların tərkibinə qatır. Palma yağı kərə yağı halına salınır və 5-6 manata əhaliyə satılır. Halbuki palma yağının kiloqramı heç 1 manat da deyil”.
Bu sözləri Hit.az-a iqtisadçı Akif Nəsirli bildirib.
O deyib ki, Azərbaycana xarici ölkələrdən idxal olunan təmiz kərə yağları ölkəmizdə qablaşdırıldığı üçün onların tərkibinə palma yağı əlavə edilir:
“Marketlərdə satılan bütün yağların tərkibinə palma yağı əlavə edilir”.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
Sevinc