Sumqayıt və Abşerona turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - TƏKLİFLƏR

İQTİSADİYYAT
14:00 / 28.10.2024
73

"Azərbaycana gələn turistlərə ölkənin hər yerinə getmək üçün imkanlar yaratmaq olar".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, turistləri Sumqayıt və Abşerona da cəlb etmək üçün addımlar atmaq lazımdır:

"Bunun üçün ilk növbədə turistin marağına səbəb olacaq vasitəsilər olmalıdır. Məsələn, Sumqayıt şəhərində dənizkənarı çimərlikləri turistlərin axın edəcəyi çimərliyə çevirmək olar. Həmçinin, Sumqayıt və Abşeronda uşaqlar və böyüklər üçün yüksək səviyyəli əyləncə mərkəzlərinin də açılması mümkündür".

361037

Ekspert diqqətə çatdırıb ki, belə addımlarla turistlərin diqqətini çəkmək mümkündür:

"Üstəlik, sözügedən addımların atılması həmin şəhərlərdə yeni iş yerlərinin də açılmasına səbəb olacaq. Bundan başqa, Sumqayıt və Abşerona turistlərdə maraq oyatmaq üçün muzeylərdə açmaq mümkündür. Bütün bunlar əcnəbi turistlərin də böyük marağına səbəb olar".

Rəhman Quliyev onu əlavə edib ki, bu addımların atılması yerli turistləri də Sumqayıt və Abşerona yönəldəcək:

"Bunlar həyata keçəcəyi təqdirdə, Sumqayıt və Abşerona həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edə bilər. Xüsusilə paytaxt Bakıdan həftəsonları Sumqayıt və Abşerona üz tutanlar da olacaqdır". 

Pərviz

0